Seninem.Az > Dünya / Manşet Yuxarı > GÜRCÜSTANDA PREZİDENT SEÇKİLƏRİNDƏ 25 NAMİZƏD İŞTİRAK EDƏCƏK
GÜRCÜSTANDA PREZİDENT SEÇKİLƏRİNDƏ 25 NAMİZƏD İŞTİRAK EDƏCƏKTarix: 23-09-2018, 13:46. Müəllif: admin |
Gürcüstanda oktyabrın 28-də keçiriləcək prezident seçkilərində 25 namizəd iştirak edəcək. “Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. Məlumata əsasən, namizədlərin 19-u siyasi partiya, 6-sı isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. 25 namizəd arasında namizədliklərini geri götürmək istəyənlər bu barədə oktyabrın 16-dan gec olmayaraq MSK-ya müraciət etməlidirlər. Müddətin başa çatmasından sonra bütün namizədlər seçki bülletenlərinə daxil ediləcək. Geri Qayıt |