Seninem.Az > Dünya / Manşet Yuxarı > Gürcüstanda prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb
Gürcüstanda prezident seçkiləri ilə bağlı səsvermə başa çatıbTarix: 28-10-2018, 20:16. Müəllif: admin |
|
Gürcüstanda prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb. Leqal.info "Report"a istinadən xəbər verir ki, saat 20:00-da bütün seçki məntəqələri bağlanıb. Xatırladaq ki, bülletenlərdə qeydiyyatdan keçmiş 25 namizədin adı olub. Ancaq buna qədər iki namizəd - Akaki Asatiani və Vaxtanq Qabuniya namizədliyini geri çəkib. Bu seçkilər dövlət başçısının sonuncu birbaşa seçimi olacaq. Prezident 6 il müddətinə seçiləcək. Ekspertlərin qiymətləndirməsinə və sosioloji sorğuların nəticələrinə əsasən, əsas mübarizə üç namizəd - keçmiş xarici işlər naziri Salome Zurabişvili, "Güc və Birlik" müxalifət blokunun namizədi Qriqol Vaşadze və Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze arasında gedəcək. Geri Qayıt |