“Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub ”

"Beynəlxalq hüquqa görə, Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub".

Leqal.info xəbər verir ki, bunu "Rossiya-24" telekanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putin deyib.

Putin bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu münaqişəyə müdaxilə edə bilməzdi: "Ermənistana heç kim təcavüz etməyib".

Rusiya Prezidenti onu da bildirib ki, Ermənistanın Qarabağla bağlı hazırkı razılaşmadan imtina etməsi ölkə üçün intihar olardı.скачать dle 10.6фильмы бесплатно
17-11-2020, 23:22
Baxıs: 39 383
Reyting: