Azərbaycanlı sabiq deputat DTX-yə çağırıldı
Gürcüstan parlamentinin keçmiş deputatı, “Qeyrət” qeyri-hökumət təşkilatının təsisçisi Zümrüd Qurbanlı Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.
“Leqal.info” xəbər verir ki, o, DTX-nin irqi diskriminasiya üzrə apardığı istintaq çərçivəsində sorğu-sual olunacaq. Z.Qurbanlı bildirib ki, bəzi insanlar Kvemo Kartli bölgəsində qeyri-sabitlik yaratmağa cəhd edirlər: “Biz, Gürcüstan azərbaycanlıları kiməsə siyasi maraqlarını dövlətin maraqlarından üstün tutmağa imkan verə bilmərik”. DTX-ya dindirilmə üçün bir neçə azərbaycanlı ictimai fəal və din xadimi də dəvət olunub. Qeyd edək ki, DTX mayın 30-da Kvemo Kartli və Kaxeti bölgələrində azərbaycanlılara qarşı ayrı-seçkiliklə bağlı istintaqa başlayıb. Z.Qurbanlı 2000-2004-cü illərdə Gürcüstan parlamentinin üzvü olub. |
XƏBƏR LENTİ
25-06-2026, 11:27
25-06-2026, 11:22
25-06-2026, 11:13
25-06-2026, 11:08
25-06-2026, 10:25
25-06-2026, 10:22
25-06-2026, 10:20
25-06-2026, 10:18
25-06-2026, 10:15
25-06-2026, 10:11




































