Habil və Qabil

Hörmətli izləyicilər! İslam.az “Uşaqlarınıza oxuyun” rubrikasının növbəti məqaləsini diqqətinizə təqdim edir.

Əziz uşaqlar!


Siz yəqin ki, Adəmlə (ə) Həvvanın övladları olan Habil və Qabil haqda ətraflı bilmək istəyirsiniz. Elə isə, gəlin, onlar barədə öyrənək.

Adəmlə Həvvanın çoxlu öv­ladı doğuldu. Onların nəsli sürətlə artaraq çoxaldı. Onlar Ərəbistanda, indiki Məkkə şəhəri­nin yerləşdiyi ərazidə köç salıb yaşamağa başladılar. Buna görə Məkkə şəhəri dünyada ilk yaşayış məskə­ni sayılır.

Həzrət Adəm Yer üzündə həm ilk insan, həm də ilk peyğəmbər idi. Allah onu peyğəmbərliyə seçmişdi ki, öz nəslinə din hökmlərini öyrətsin, onları düzgün­lüyə, ədalə­tə, xeyirxahlığa doğru ça­ğırsın. Adəm bu şərəfli vəzifəni layiqincə yerinə yeti­rirdi. O öz övlad­ları və həyat yoldaşı ilə birlikdə Allaha ibadət edirdi. Adəm oğulları əkinçilik və maldarlıqla məşğul olur, əllərinin zəhməti ilə dolanır­dılar.

Həzrət Adəmin oğullarından birinin adı Habil, o biri­ninki Qabil idi. Habil mömin, zəhmətkeş, səxavət­li və mehriban xasiyyətli oğlan idi. Qabilin xasiy­yəti onunla tam ziddiyyət təşkil edirdi. Ha­bil hamı tərə­findən sevilirdi, onun əli hər işdə gətirirdi. O öz ailə­si ilə mehriban yaşa­yırdı.

Qara niyyətli Qabil öz qardaşına paxıllıq edir, addım­başı onu izləyərək hədələyirdi. Habil ona nə qə­dər nəsihət etsə də, faydası olmurdu. İki qardaş ara­sında düşmənçilik kəskinləşmişdi.

Nəhayət, onlar bu mübahisəyə son qoymaq qəra­rına gəldilər. Qət etdilər ki, kimin haqlı olduğunu o zamankı adət-ənənə yolu ilə aydınlaşdırsınlar. Hər iki qardaş öz məhsullarından Allah yolunda qurban ver­məli idi. Hansı­nın qurbanı qəbul olsa, haqlı sayıla­caqdı.

Habil maldarlıqla, Qabil isə əkinçiliklə məşğul olurdu. Ona görə də onların hər biri məşğul olduğu peşəyə aid qurban ayırdı. İmanlı və səxavətli Habil öz sü­rüsündən ən yaxşı heyvanı qurban kəsdi. Simic Qabil isə zəmidən bir neçə xırda buğda sünbülü yığıb qurbangaha gətirdi.

Allah təmiz niyyətli Habilin qurbanını qəbul etdi. Amma bu hadisə nəinki Qabili sakitləşdirmədi, hətta onun kin-küdurətini daha da artırdı. Onun öz qarda­şını görməyə gözü yox idi. Paxıl Qabil tezliklə Habili aradan götür­mək qərarına gəldi.

Günlərin birində qardaşlar öz işləri ilə məşğul idi­lər. Gözünü qan tutmuş Qabil yenə Ha­billə mübahisə­yə baş­ladı. Habil onu sakit olmağa ça­ğırdı, xeyli nəsi­hət etdi. Amma heç bir faydası ol­madı. Qabili sakit­ləşdirmək müm­kün deyildi. O, qar­daşının üstünə cu­mub yerə yıxdı, yer­dən böyük bir daş götürüb onun başına vurdu. Habil öz qəddar qarda­şının zərbə­ləri altında həlak oldu.

Bir neçə dəqiqədən sonra Qabilin hirsi soyudu. O, necə böyük cinayət törətdiyini anladı. Bir tərəfdən peş­mançılıq, bir tərəfdən də qorxu onu bürüdü. Qabil qarda­şının meyitini necə gizlədəcəyini bilmirdi. Bu zaman onun gözləri qarşısında belə bir səhnə baş verdi: İki qarğa Qabi­lin yanında yerə qonub bir-biri ilə dalaşmağa başladı. Qarğaların biri digərini dimdik­ləyib öldürdü. Sonra dimdi­yi və caynaqları ilə tor­pağı qazıyıb onu basdırdı və üstünü örtdü.

Qabil qarğanın hərəkətindən nümunə götürüb, yer­də qəbir şəklində çala qazıdı. Habilin meyitini ora atıb üstünü torpaqla örtdü. Sonra Qabil heç nə olma­mış kimi evə qa­yıtdı.

Həzrət Adəm Habili görməyib narahat oldu, onu Qa­bildən soruşdu. Qabil qardaşının başına nə gəldiyi­ni bilmə­diyini söylədi. Amma Adəm məsələnin nə yerdə olduğunu anladı. O, Qabili lənətləyib evdən qovdu. O gündən etiba­rən Qabil və onun övladları hamıdan ayrı yaşamağa başla­dılar.

Qabilin öz qardaşını öldürməsi Yer üzündə ilk ci­nayət sayılır. Sonralar bütün dünyanı bürümüş qar­daş qırğınları­nın, müharibələrin əsası həmin hadisə ilə qoyuldu.

Əziz uşaqlar!

İslam dininin qanunlarına görə, nə­inki başqasını öl­dürmək, hətta ona kiçik bir ziyan vurmaq da günah sayı­lır. Bütün insanların əcdadı ey­nidir: Həzrət Adəm və Həvva. Ona görə də insanlar bir-biri ilə qardaş­dırlar. Heç kəsin başqasını incitmə­yə, təhqir etməyə, al­datmağa haqqı yoxdur. Müqəd­dəs Quranda buyu­rulur: “Şübhəsiz, mö­min­lər bir-biri ilə qardaşdırlar”.

Həzrət Məhəmməd peyğəmbər və imamlarımız hə­mişə müsəlmanları dostluğa və mehribanlığa səsləyir­dilər. Onlar müsəlmanları bir bədənin üzvləri he­sab edir­dilər. Əgər bə­dən üzvlərindən biri ağrısa, bü­tün bədən əziyyət çəkə­cək. Ona görə də müsəl­manlar hə­mişə bir-biri ilə mehriban davranmalı, bir-birinə kömək etməli­dirlər. Onlar qarşıya çıxan çətinlikləri birlikdə aradan qal­dırmalıdırlar. (islam.az)скачать dle 10.6фильмы бесплатно
28-02-2018, 02:25
Baxıs: 21 817
Reyting: