Zakir Həsənov: "Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində islahatlar aparırıq"

"Prezidentimizin tapşırığı ilə biz Azərbaycan Ordusunun strukturunda Türkiyə Silahlı Qüvvələrinin ordu strukturuna bənzər islahatlar aparırıq. Türkiyənin bu istiqamətdə Azərbaycana böyük dəstəyi var. Biz bu istiqamətdə xeyli yol keçmişik".

Leqal.info xəbər verir ki, bu fikirləri Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akarla birgə mətbuat konfransında deyib.

"Milli müdafiə nazirinə bir daha təşəkkürümü bildirirəm, o, bizi bütün məsələlərdə dəstəkləyir. Əminəm ki, qısa zamanda Azərbaycan ordusu öz döyüş qabiliyyətini artıracaq və ordu ilə birgə fəaliyyətə hazır olacaq", - Z.Həsənov vurğulayıb.скачать dle 10.6фильмы бесплатно
1-02-2022, 20:30
Baxıs: 27 711
Reyting: