allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Lerikdə qadını öldürən molla haqqında Qafqaz Müsəlmanları İdarəsindən AÇIQLAMA » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Lerikdə qadını öldürən molla haqqında Qafqaz Müsəlmanları İdarəsindən AÇIQLAMA

Lerikdə qadını öldürən molla haqqında Qafqaz Müsəlmanları İdarəsindən AÇIQLAMA

Aprelin 28-də axşam saatlarında Lerik rayonun Barzavu kəndində yaşayan 1981-ci il təvəllüdlü Zəkifə Feyruz qızı Fərziyevanı yaşadığı evdə qətlə yetirən Murad Əsgərov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təyin etdiyi din xadimi deyil.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib.

Qeyd edək ki, kəndin mollası M.Əsgərov Z.Fərziyevanın evdə tək olduğunu bilərək mənzilə daxil olub. O, qadına qarşı əxlaqsız hərəkətlər etməyə çalışıb. Bu zaman Z.Fərziyeva qışqıraraq qonşuları çağırmağa başlayıb. M.Əsgərov da cibində gəzdirdiyi bıçaqla qadının boğazını kəsərək onu qətlə yetirib.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mərhum 3 uşaq anası olub.
09:22
Baxıs: 27360
Reyting: