allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: Ölən var - FOTO » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: Ölən var - FOTO

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: Ölən var - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 239 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 917 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 626 nəfər müalicə olunaraq sağalıb, 4 948 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 2 343 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 158, bu günə qədər isə ümumilikdə 3 589 231 test icra olunub.
16:28
Baxıs: 20960
Reyting: