Azərbaycan Ordusunun tərkibində yeni birləşmə və bölmələr yaradılıb

Baş Qərargah və ümumilikdə Müdafiə Nazirliyinin mərkəzi aparatında, qoşun növləri qərargahlarında təşkilati-struktur dəyişiklikləri edilib.

Leqal.info-nun xəbərinə görə, bu barədə yanvarın 28-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2021-ci ilin yekunlarına dair Müdafiə Nazirliyi Kollegiyasının iclasında bildirilib.

"Quru Qoşunları Komandanlığı, yeni birlik, birliklərin tərkibində əməliyyat (komando) birləşmələri və digər bölmələr yaradılıb və onların əməliyyat imkanları genişləndirilib", - məlumatda vurğulanıb.скачать dle 10.6фильмы бесплатно
28-01-2022, 14:32
Baxıs: 37 223
Reyting: