“Üç metr dərinlikdəki minanı tapan detektor gətirmişik”

“Yeni minatəmizləmə detektoru gətirmişik. Bu, 2,5-3 metr dərinlikdə olan minanı tapır və siqnal səsi ilə xəbərdarlıq edir”.

Leqal.info xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

“İndiyədək həmin ərazilərdə əl vasitəsilə detektorlarla mina axtarırıq. 12-dək minatəmizləmə itlərimiz var. Bu yaxınlarda alacağımız tank əleyhinə minalar üçün olan robotu Füzuli rayonunda sınaqdan keçiririk”, - nazir müavini bildirib.скачать dle 10.6фильмы бесплатно
16-12-2021, 23:24
Baxıs: 46 425
Reyting: