Daha bir erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

Qarabağdakı döyüşlər zamanı ölən daha bir erməni əsgərin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.

Leqal.info xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb. Meyitlər Füzuli-Hadrut-Qarnıyarıq dağı istiqamətində aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən əsgərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 553-ə çatıb.скачать dle 10.6фильмы бесплатно
3-05-2021, 19:30
Baxıs: 28 004
Reyting: