Bakıda 20 nömrəli məktəb-lisey koronavirusa görə bağlanıb

Paytaxtdakı 20 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.


Bu barədə Leqal.info-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, 20 nömrəli məktəb-liseyin 20 şagirdi və 15 müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub. Həmçinin COVID-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 20 nömrəli məktəb-liseydə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

13:09
Bakıda 20 nömrəli məktəb-lisey bağlanıb.

Leqal.info xəbər verir ki, buna səbəb ümumtəhsil müəssisəsinin kollektivi və şagirdlər arasında COVID-19-a yoluxma faktlarının qeydə alınmasıdır.

Tədrisin iki həftəlik distant formada davam etdirilməsi ilə bağlı qərar qəbul olunub.

Artıq bununla bağlı məktəb rəhbərliyi tərəfindən valideynlərə məlumat verilib.скачать dle 10.6фильмы бесплатно
18-10-2021, 14:57
Baxıs: 19 588
Reyting: