Dövlət medianın inkişafında maraqlıdır

Azərbaycan mediasının gələcəyinə ümidlər böyükdür. Həsən Bəy Zərdabidən üzü bəri medianın azadlığı, şəffaflığı uğrunda hər zaman addımlar atılıb. Çalışılıb ki, Azərbaycan mediası dördüncü hakimiyyətliyini qorusun və cəmiyyətə, o cümlədən dünya ictimaiyyətinə operativ, dəqiq məlumatlar çatdırsın. Ötən tarixə (əslində heç o tarix ötməyib) nəzər salsaq görərik ki, 20 yanvar faciəsi zamanı Azərbaycan xalqının haqq səsini dünyaya çatdırmaq nə qədər çətin və əziyyətli, bir o qədər də məsuliyyətli idi. Amma Vətənin ağır günündə bu missiyanı yerinə yetirən media nümayəndələri canları bahasına olsa belə, baş verənləri dünyaya çatdırdı. Növbəti dönəmlərdə də, bu işlər həyata keçirildi. Bu gün isə qeyd olunan istiqamətdə daha ciddi addımlar atılır. İstər yeni qanunun hazırlanması və Milli Məclis səviyyəsində müzakirəsinin aparılması, istərsə də kütləvi informasiya vasitələrinə maliyyə yardımının ayrılması onu göstərir ki, dövlət bütün sahələr kimi, medianın inkişafında da maraqlıdır.

Vətən müharibəsi zamanı medianın necə bir gücə sahib olduğunu hər birimiz gördük. İgidlərimiz Vətənin azadlığı yolunda güllə-boranın altında olduğu, hər gün şəhid, yaralı xəbərini aldığımız dəqiqələrdə bir çox xarici qüvvələr dünya ictimaiyyətini çaşdırmağa, informasiyanı səhv yöndə təqdim etməyə çalışırdı. Əlbəttə bu məlumatlar yazılı mətbuat, onlayn media, televiziyalar vasitəsilə dünyanan çatdırılırdı. Elə həmin dönəmlərdə Azərbaycan mediası var gücü ilə çalışdı, Vətənin çətin günündə dünya ictimaiyyətinə dəqiq məlumat verməklə, Azərbaycanın haqq savaşı apardığını ortaya qoydu. Bu informasiya savaşının önündə isə Ali Baş Komandan cənab İlham Əliyev durdu. İstər təxribatçı, istərsə də ümumi mövzuları əks etdirən xarici media nümayəndələrinin suallarına məntiqlə, səbrlə və ən əsası dəqiqliklə cavab verərək həqiqəti bəyan etdi. Hətta xarici media nümayəndələrinin sualarını bir çox hallarda elə öz dillərinə cavablandırdı.

Bu baxımdan Azərbaycan mediasının ayaqda olması vacib amillərdəndir. Əsas məsələ odur ki, bu istiqamətdə siyasi iradə ortada var. Media azad olmalı, daim inkişaf etməli, inkişaf etmiş ölkələrin media orqanları ilə ayaqlaşmalıdır. Medianın İnkişafı Agentliyinin yaradılması bu istiqamətdə atılan addımlardandır. Bu qurum yarandığı gündən təcrübəli media mütəxəssislərini ətrafına cəm edərək, qarşılarına qoyduqları missiya uğrunda irəliləməkdədirlər. Çap və onlayn media subyektlərinə maliyyə yardımlarının ayrılması, fərdi jurnalist müsabiqələrini keçirilməsi bir yana, uzun illərdi ətrafında söz-söhbət gəzən yeni qanun layihəsinin hazırlanması da bu qurumun fəaliyyəti ilə bağlıdır. Söhbət yeni “Media haqqında” qanundan gedir. Əvvəl ictimaiyyətin, indi isə Milli Məclisin müzakirəsinə təqdim edilmiş, hətta birinci oxunuşdan keçmiş bu qanun lahihəsinə ümidlər çox böyükdür. Bu vaxta kimi olan bir çox boşluqların aradan qaldırılması və Azərbaycan mediasının daha da irəli aparılması yönündə atılan hər bir addım alqışlanmalıdır.

Ülvin Məhəmmədскачать dle 10.6фильмы бесплатно
26-12-2021, 10:15
Baxıs: 31 747
Reyting: