allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info “Pul dövlətin, şirkət dövlətin, ziyan dövlətin, qazanc isə məmurların..."- Cavid Qurbanov prezidentin dediklərinin əksini edir » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

“Pul dövlətin, şirkət dövlətin, ziyan dövlətin, qazanc isə məmurların..."- Cavid Qurbanov prezidentin dediklərinin əksini edir

“Pul dövlətin, şirkət dövlətin, ziyan dövlətin, qazanc isə məmurların..."- Cavid Qurbanov prezidentin dediklərinin əksini edir

“Pul dövlətin, şirkət dövlətin, ziyan dövlətin, qazanc isə məmurların – ona görə də bu komanda, bu sistem nə özəlləşməyə imkan verəcək, nə də iqtisadiyyatın liberallaşmasına…”.

Bu sözləri tanınmış iqtisadçı, ReAl Partiyasının icraçı katibi Natiq Cəfərli “ADY Ekspress” MMC-nin nizamnamə kapitalı kəskin artırılasını spsial şəbəkədə şərh edərkən bildirib. Arazxeber.az tanınış iqtisadçı və ictimai xadim Natiq Cəfərlinin bu barədə fikirlərini təqdim edir:

“Prezident İlham Əliyev son çıxışlarında dövlət şirkətlərini tənqid etdi, onların qeyri-effektiv işlədiyini vurğuladı, özəlləşdirmədən danışdı, dövlətin iqtisadiyyatda rolunun azalacağını vurğuladı, iqtisadiyyatın liberallaşacağını söylədi – bizdə dedik ki, nə yaxşı, illərdir söylədiyimizi elan etdilər. Amma o çıxışdan 1 aya yaxın keçməsinə baxmayaraq tam əks istiqamətdə qərarlar verilir, yeni dövlət şirkətləri yaradılır, köhnələrin nizamnamə kapitalı artırılır.

Məsələn: “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi “ADY Ekspress” MMC-nin nizamnamə kapitalı kəskin artırılıb – şirkətin kapitalı 100 manatdan 1 911 634 manata çatdırılıb. Təsəvvür edirsinizmi, 100 manatdan birbaşa az qala 2 mln. manata artırılıb – Prezidentin son çıxışında ADY tənqid edilən qurumlardan biri idi, bəs indi nə baş verdi ki, bu təbii insiharçının törəmə şirkəti gücləndirilir?! Özü də bu şirkət dəmir yolu ilə yükdaşımaların həcminin artırılması, xüsusilə də tranzit yüklərin cəlb olunması üçün ekspeditor xidmətlər təklif edir – bunu dövlət şirkəti niyə etməlidir ki?! Əjdaha kimi insanlar var, yükdaşıma işində bacarıqlı şirkətlər var, “kargo” işini bilənlər var, imkan yaradın, əlinizi onların boğazlarından çəkin, qoyun işləsinlər, həm özləri, həm məmləkət qazansın. İmkan verməzlər, çünki “dövlətin malı dənizdi, yeməyən ….” prinsipi ilə idarə etməyi öyrəniblər.

Pul dövlətin, şirkət dövlətin, ziyan dövlətin, qazanc isə məmurların – ona görə də bu komanda, bu sistem nə özəlləşməyə imkan verəcək, nə də iqtisadiyyatın liberallaşmasına – ümumiyyətlə, inhisarçı dövlət şirkətlərinə təkbaşına törəmə şirkət təsis etməyə qadağa qoyulmalıdı, onlar ən yaxşı halda yaradılan özəl şirkətlərdə müəyyən pay sahibi ola bilərlər. Dövlət iqtisadiyyatda ən zay menecerdi, dövlətin iqtisadiyyatda birbaşa iştirakı həmişə ziyana səbəb olur, rəqabət mühitini baltalayır, özəl təşəbbüslərin inkişafına mane olur…”
08:14
Baxıs: 4080
Reyting: