KAT Holdinqin sahibi Elçin Ələkbərovun məhkəməsi başlayır

Bir neçə ay əvvəl ölkə mətbuatında Bakıda şirkət rəhbərinin həbs edilməsi ilə bağlı informasiya dərc olunmuşdu.

APA-nın yaydığı xəbərdən bəlli olurdu ki, "KAT Holdinq” MMC-nin təsisçisi Elçin Ələkbərov Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirli bilinib. Və Binəqədi rayon Məhkəməsinin qərarı ilə E. Əkbərov barəsində həbs qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, mətbuatda Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihəsi olan Yasamal Yaşayış Kompleksindən mənzil alan bir neçə vətəndaşın narazılığı ilə bağlı məlumat yayılıb.

Şikayətlər əsasən Yasamal Yaşayış Kompleksindəki 27, 28 və 29 nömrəli binalarla bağlı olub. Vətəndaşlar mənzil aldıqları binalarda təmir-tikinti işlərinin tam olaraq yekunlaşmadığını, həmçinin aldıqları mənzillərə daxil ola bilmədiklərini bildiriblər.

MİDA məsələ ilə bağlı açıqlama verərək izah edib ki, adı çəkilən binalar "KAT Holdinq” MMC ilə bağlanmış müqavilənin şərtlərinə əsasən inşa edilməli idi, ona görə də məsuliyyəti "KAT Holdinq" MMC daşıyır.
İstintaq zamanı məlum olub ki, "KAT Holdinq” MMC-nin qeyd edilən binaları təhvil verməməsinin və vətəndaşların şikayətlərinin başlamasının səbəbi holdinqin təsisçisi Elçin Ələkbərovdur.

İstintaq zamanl Elçin Ələkbərovun eyni mənzili bir neçə nəfərə satması, hətta Litva vətəndaşı Povilas Pociusa 3 milyon 26 min manat "atmas"ı məsələsi də ortaya çıxıb.

Aldanan, zərərçəkən vətəndaşların şikayəti əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb və Elçin Ələkbərov holdinqin pulunu mənimsəməkdə ittiham edilib.

Redaksiyamıza daxil olan məlumata görə, növbəti həftə "KAT Holdinq" MMC-nin təsisçisi Elçin Ələkbərovla bağlı cinayət işinə məhkəmədə baxlacaq. Onu hansı cəza gözləyir?

Bu barədə növbəti yazıda vəkillərin fikrini öyrənməyə çalışacağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Kivnews.comскачать dle 10.6фильмы бесплатно
8-06-2021, 18:09
Baxıs: 21 532
Reyting: