allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Prezident İlham Əliyev Qazaxıstanın yeni Prezidentinə telefonla zəng edib » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Prezident İlham Əliyev Qazaxıstanın yeni Prezidentinə telefonla zəng edib

Prezident İlham Əliyev Qazaxıstanın yeni Prezidentinə telefonla zəng edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Qazaxıstanın Respublikasının Prezidenti Qasım-Jomart Tokayevə telefonla zəng etmişdir.
Bu barədə Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.
Dövlətimizin başçısı Qasım-Jomart Tokayevə Prezident seçkilərində qələbə qazanması münasibətilə təbriklərini çatdırmış, ona prezidentlik fəaliyyətində uğurlar arzulamışdır.
Dövlət başçıları Azərbaycanla Qazaxıstan arasında dostluq əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirmiş, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparmışlar.
18:07
Baxıs: 7120
Reyting:
  
Şərh 1