Distant təhsilə keçmək istəyənlərlə bağlı məktəb qərar verəcək

“Bəzi spesifik hallar məktəb səviyyəsində həll olunacaq. Məktəb vəziyyətdən, müəllimin dərs yükündən, məktəbə gəlməkdən ehtiyat edən və məktəbə gələn şagirdlərin qruplaşmasından asılı olaraq qərar verəcək”.

Leqal.info xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, sinifdə şagirdlərin bir hissəsi ərizə yazaraq distant formada dərsə davam etmək istəyəcəksə, bu məsələ ilə bağlı məktəb səviyyəsində qərar qəbul ediləcək.скачать dle 10.6фильмы бесплатно
4-02-2021, 13:00
Baxıs: 39 027
Reyting: