Şuşadakı abidələrin monitorinq nəticələri açıqlandı

Erməni vandalizminə məruz qalan tarixi abidələrimizdən biri də Molla Pənah Vaqifin muzey-məqbərə kompleksidir. Kompleks Şuşa şəhərinin ən səfalı yeri olan Cıdır düzünə yaxın bir ərazidə - dahi şairin məzarı üzərində inşa olunub. Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarla eksponat məhv edilib.

Leqal.info xəbər verir ki, bu barədə “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu"nun məlumatında deyilir.

Bildirilib ki, institutun direktoru Telman Kərimli, mütəxəssislər və digər aidiyyəti qurumlar tərəfindən şəhərdə yerləşən tarix və mədəniyyət abidələrinin vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq keçirilib.

Məlum olub ki, Şuşa şəhərində yerləşən bir çox tarix-mədəniyyət abidələri, o cümlədən Vaqifin məqbərəsi öz ilkin görkəmini itirib:

Qeyd olunub ki, Prezident İlham Əliyevin göstərişi ilə Şuşa şəhərində bütün tarixi abidələr əsl simasına qaytarılacaq, “Vaqif Poeziya Günləri” bərpa ediləcək.скачать dle 10.6фильмы бесплатно
20-01-2021, 23:29
Baxıs: 41 266
Reyting: