allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Bu gün Azərbaycanda Bilik Günüdür » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Bu gün Azərbaycanda Bilik Günüdür

Bu gün Azərbaycanda Bilik Günüdür

Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur.

KONKRET.az xəbər verir ki, koronavirus pandemiyasına görə, Azərbaycanın ali və orta məktəblərində dərslər sentyabrın 15-də başlamayacaq.

Belə ki, 2021/2022-ci tədris ilinin başlama tarixi dəyişdirilib. Ölkədə aşağı siniflər üçün dərslər sentyabrın 22-də, ali təhsil və orta ixtisas təhsil müəssisələrində isə sentyabrın 29-da başlayacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik Günü kimi qeyd olunur.
08:32
Baxıs: 25600
Reyting: