allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Bu gün Beynəlxalq İtkinlər Günüdür » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Bu gün Beynəlxalq İtkinlər Günüdür

Bu gün Beynəlxalq İtkinlər Günüdür

Bu gün Beynəlxalq İtkinlər Günüdür.

"Report" xartırladır ki, avqustun 30-u dünyada baş verən silahlı münaqişələr, zorakılıq halları, miqrasiya və təbii fəlakətlər nəticəsində itkin düşmüş yüz minlərlə insanı yad etmək, onların ailələrinə dəstək olmaq məqsədilə əlamətdar gün kimi qeyd olunur.

Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmasına baxmayaraq, münaqişə zamanı Ermənistan tərəfindən əsir və girov götürülmüş minlərlə soydaşımızın 3 890 nəfəri hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub.

Müharibə qaydalarına zidd olaraq, mülki əhali qorunmayıb, əksinə, onlar girov götürülüb və bir çox hallarda öldürülüb. Bir çox hallarda əsir və girovlara ağlasığmaz işgəncələr verildikdən sonra, onlar öldürülüb və işgəncələrin izlərinin itirilməsi məqsədilə onların meyitləri belə, Azərbaycan tərəfinə təqdim edilməyib.
07:12
Baxıs: 101200
Reyting: