allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info İlham Əliyev Moskvaya getdi - YENİLƏNİB » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

İlham Əliyev Moskvaya getdi - YENİLƏNİB

İlham Əliyev Moskvaya getdi - YENİLƏNİB

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gedib.

Arazxeber.az xəbər verir ki, Moskvanın “Vnukovo-2” Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

12:57

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağla bağlı üçtərəfli danışıqların aparılacağı Moskvaya gedib.

Bu barədə TASS-a Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu məlumat verib.

“Azərbaycan prezidenti Moskvaya gəldi, onu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko, Rusiya Xarici İşlər Nazirliyinin və Azərbaycanın Moskvadakı səfirliyinin nümayəndələri qarşıladılar”, - deyə məlumatda qeyd edilir.
11:37
Baxıs: 1280
Reyting: