allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Azərbaycan yolların keyfiyyətinə görə MDB-də birinci yerdədir - FOTO » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Azərbaycan yolların keyfiyyətinə görə MDB-də birinci yerdədir - FOTO

Azərbaycan yolların keyfiyyətinə görə MDB-də birinci yerdədir - FOTO

Arazxeber.Az xəbər verir ki, Azərbaycan yolların keyfiyyətinə görə Asiyada 10-cu, dünyada 24-cü, MDB-də isə birinci yerdədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin verdiyi məlumata görə, “World Economic Forum” avtomobil yollarının vəziyyətinə dair “Quality of roads” hesabatını yeniləyib.

Azərbaycan MDB məkanında ən yüksək nəticə göstərərək 1-ci yerdə qərar tutub. Asiya qitəsində 10-cu, ümumilikdə, 141 ölkə arasında isə dünyada 24-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, avtomobil yollarının keyfiyyətinə görə, ölkəmiz 2016-cı ildə 51-ci, 2018-ci ildə isə 35-ci yerdə idi.
15:10
Baxıs: 4960
Reyting: