allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Kosmosun dərinliyində nəhəng səkkizayaqlı ilbizlər var » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Kosmosun dərinliyində nəhəng səkkizayaqlı ilbizlər var

Kosmosun dərinliyində nəhəng səkkizayaqlı ilbizlər var İngilis astronavt Meri Qreydi bütün dünyanın diqqətini cəlb edəcək bir açıqlama verib.
M.Qreydinin sözlərinə görə, kosmosun dərinliklərində nəhəng səkkizayaqlı ilbizlər yaşayır. Digər planetlərdə canlı olub-olmadığı insanlığın yaranışından bəri düşündürən məsələlərdən biridir. M.Qreylinin açıqlaması yenidən bu məsələni gündəmə gətirib. Britanyalı astronavt qeyd edib ki, Yüpiterin peyklərindən biri olan Avropada həyat ola biləcəyi ehtimalı demək olar ki, yüz faizdir. O hesab edir ki, bu yaşam forması səkkizayaqlı ilbizləri andırır. Aydan bir qədər kiçik olan və səthi buzla örtülmüş Avropanın buz təbəqəsinin altında okean olduğu da M.Qreydinin iddiaları arasında yer alır. Qreydi sözügedən okeanda canlı məxluqların olduğuna əmindir. O, Marsdakı yeraltı mağaralarda da canlıların ola biləcəyini düşünür. Hətta mağaraların bu məxluqları təhlükəli radiasiyadan qoruduğunu deyir.
12:11
Baxıs: 1840
Reyting: