Türkiyə XİN-dən dünənki tarixi qərarla bağlı daha bir

"Prezident Rəcəb Tayyib Ərdoğanın 9-10 dekabr tarixlərində Azərbaycana səfəri zamanı imzalanan və iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqələri ilə səfər etməsinə imkan verən protokoldan çox məmnunuq".

Leqal.info xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında bildirilib. Açıqlamada, Azərbaycan Türkiyə vətəndaşlarına tətbiq olunan viza rejimin ləğv edilməsindən dərhal sonra hər iki ölkə vətəndaşlarının yaşayış müddətinin 25 fevral tarixindən etibarən 30 gündən 90 günə qaldırıldığı xatırladılıb. “Nazirimizin azərbaycanlı həmkarı ilə dekabrın 10-da imzaladığı bu protokolla hər iki ölkənin vətəndaşları yalnız şəxsiyyət vəsiqələrini təqdim edərək Türkiyə və Azərbaycana səfər edə biləcəklər".

Bəyanatda ayrıca, "Xalqlarımız arasındakı təmasları artıracaq bu yeni qanun, can Azərbaycanla əlaqələrimizin səviyyəsini göstərmək baxımından da böyük məna daşıyır",-deyə bildirilib.скачать dle 10.6фильмы бесплатно
11-12-2020, 14:30
Baxıs: 32 214
Reyting: