“Sabah Rusiya heyəti ilə detallar haqqında danışacağıq”

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda mətbuat konfransı keçirib.

Leqal.info xəbər verir ki, Azərbaycanın Ordusunun Qarabağdakı qələbəsi ilə bağlı açıqlama verən Çavuşoğlu Azərbaycanı bir daha təbrik edib.

“Qəhrəman Azərbaycan Ordusunu təbrik edirəm. Atəşkəsi pozan Ermənistan idi. Biz Azərbaycanın yanında olacağıq. Vacib olan atılacaq növbəti addımlardır”,- deyə Türkiyə XİN rəhbəri qeyd edib.

Rusiyanın razılaşmada oynadığı rola əhəmiyyət verdiklərini söyləyən Çavuşoğlu, “Sabah Rusiyadan Türkiyəyə gələcək heyətlə detallar haqqında danışacağıq”- deyə qeyd edib.скачать dle 10.6фильмы бесплатно
12-11-2020, 12:00
Baxıs: 28 745
Reyting: