allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info “Lapis Lazuli” tranzit dəhlizinin təşviq olunması üçün işlər aparılır » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

“Lapis Lazuli” tranzit dəhlizinin təşviq olunması üçün işlər aparılır

“Lapis Lazuli” tranzit dəhlizinin təşviq olunması üçün işlər aparılır “Lapis Lazuli” tranzit dəhlizi Əfqanıstan məhsulunun Azərbaycana tədarükü, eləcə də digər ölkələrə tranziti baxımından böyük əhəmiyyət daşıyır.
Bunu İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir bildirib ki, bu dəhlizin təşviq olunması üçün işlər aparılır: “Əfqanıstan şirkətlərinin öz məhsullarını Azərbaycana təklif edə bilməsi üçün şərait yaradılacaq, öz növbəsində Azərbaycan şirkətləri də Əfqanıstanda işləmək istəyəcəyi təqdirdə zəruri şərait təmin olunacaq”.
Qeyd edək ki, 2017-ci ilin 15 noyabr tarixində Türkmənistanın paytaxtı Aşqabat şəhərində keçirilən Regional İqtisadi Əməkdaşlıq konfransı çərçivəsində Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan və Əfqanıstan hökümətləri arasında Lapis Lazuli (Lazurit yolu) Beynəlxalq Tranzit Dəhlizinə dair müqavilə imzalanıb.
11:36
Baxıs: 2400
Reyting: