Azərbaycanda daha 922 nəfər koronavirusa yoluxub, 19 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 922 yeni yoluxma faktı qeydə alınıb, 1 621 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 605 920 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 578 756 nəfər müalicə olunaraq sağalıb, 8 123 nəfər vəfat edib. 19 041 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 085, bu günə qədər isə ümumilikdə 5 694 341 test icra olunub.скачать dle 10.6фильмы бесплатно
14-12-2021, 17:00
Baxıs: 22 075
Reyting: