allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Bu gün Beynəlxalq Olimpiya günüdür » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Bu gün Beynəlxalq Olimpiya günüdür

Bu gün Beynəlxalq Olimpiya günüdür

23 iyun - Beynəlxalq Olimpiya günü kimi qeyd edilir.

Arazxeber.Az-ın məlumatına görə, 1947-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) İsveçin paytaxtı Stokholmdakı 41-ci sessiyasında Beynəlxalq Olimpiya Gününü qeyd etmək təklifi irəli sürülüb.

İlk əlamətdar gün 1948-ci il iyunun 23-də 9 ölkədə qeyd olunub. Bu günü daha geniş miqyasda və bütün milli olimpiya komitələrinin iştirakı ilə qeyd etmək məqsədilə 1987-ci ildə Olimpiya Qaçış Günü keçirilib.

Azərbaycanda Beynəlxalq Olimpiya Qaçış Günü ilk dəfə 1996-cı ildə təşkil edilib. Elə həmin il Azərbaycan müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılıb. Azərbaycanda Milli Olimpiya Komitəsi isə 1992-ci ildə yaradılıb. 1997-ci ildən komitəyə Prezident İlham Əliyev başçılıq edir.

Ölkə idmançıları indiyədək Olimpiya Oyunlarında 8 qızıl, 12 gümüş, 25 bürünc medal qazanıblar.
11:17
Baxıs: 14480
Reyting: