Samir Şərifov parlamentdə çıxış edir

“2020-ci il Azərbaycanın tarixində müstəsna bir il kimi yadda qalacaq. Çünki müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu Ermənistanın 30 illik təcavüzünə son qoydu”.

Leqal.info xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə çıxışında deyib.

O bildirib ki, Prezidentin də dediyi kimi Qarabağ yenidən dirçələcək və əsl cənnət məkanına çevriləcək: “Büdcə layihəsində bu məsələyə xüsusi önəm verilib. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış üçün 2,2 milyard vəsaitin ayrılması nəzərdə tutulub. Ölkənin müdafiə qabiliyyətinin daha da gücləndirilməsi üçün bu sahəyə 4,6 milyard manat vəsait ayrılması proqnozlaşdırılır”.
***

Nazir bildirib ki, hökumətin əsas amalı odur ki, iqtisadi fəallıq bərpa olunsun və bunun üçün lazımı addımlar atılacaq: “Əsasən fiskal gəlirlərimiz faktiki olaraq cari ilin dövlət büdcəsinin dürüstləşdirilməsindən sonrakı səviyyələrdə qalıb. Bunun üçün iqtisadi fəaliyyətdə aktivliyin təmin edilməsi məqsədilə Mərkəzi Bankın sərbəst mənfəətindən bir hissə dövlət büdcəsinə transfert olunacaq. Eyni zamanda dövlət borcundan da bir hissə bu yöndə transfert olunacaq”.скачать dle 10.6фильмы бесплатно
23-12-2020, 13:31
Baxıs: 37 856
Reyting: