allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Yasamalda uşaqlara araq və siqaret satan 4 satıcı tutuldu » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Yasamalda uşaqlara araq və siqaret satan 4 satıcı tutuldu

Yasamalda uşaqlara araq və siqaret satan 4 satıcı tutuldu Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Yasamal RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 4 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları faktları aşkar edilmişdir.
Həmin mağazaların satıcıları – S.Cəfərov, C.Əkbərov, P.Həsənov və H.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunmuşdur.
Bu istiqamətdə reydlər davam etdirilir.
09:29
Baxıs: 1920
Reyting: