“Peyvəndlərin qoruyuculuğu 70 faizdir”

“Heç kim fikirləşməsin ki, yoluxub sağalıb, təkrar yoluxa bilməz. Bu, belə deyil. Bizdə elə xəstələr var ki, ilk dəfə koronavirusa yoluxanda yüngül keçiriblər, ikinci dəfə də yoluxub çox ağır formada, təəffüs çatışmazlığı ilə keçirirlər”.

Leqal.info xəbər verir ki, bu barədə həkim pulmonoloq Mahal Ələkbərov AZTV-də “Gün başladı” proqramında bildirib.

O qeyd edib ki, xəstələrdə yoluxmanın 28-ci günündən qoruma antiteli yaranır. Lakin həmin antitelin nə qədər qoruyacağını heç kim bilmir: “Bu təxminən 1-2 ay qoruya bilər, ondan çox qoruya bilmir. Ona görə də özümüzü riskə atmamalıyıq, qorumalıyıq. Son vaxtlar peyvəndlərlə bağlı danışılır, lakin bilməliyik ki, bu peyvəndlərin qoruyuculuğu 50-70 faizdir. Bu o deməkdir ki, yenə yoluxma ola bilər”.

Həkim həmçinin əlavə edib ki, əksər hallarda xəstəxanaya müraciət edən xəstələrdə tənəffüs çatışmazlığı olur: “Qanda oksigenin miqdarı düşür, xəstənin saturasiyası da azalır, xəstə yaxınları panikaya düşərək xəstəxanaya müraciət edirlər. Bəzən yüngül keçirən xəstələr də panika səbəbindən xəstəxanada yatmaq istəyirlər. Amma indi xəstəxanalarımızda doluluq səviyyəsi çox yüksəkdir. Orta ağır və ağır xəstələri qəbul etmək məcburiyyətindəyik. Heç də bütün yoluxan xəstələr ağırlaşmırlar. Ümumilikdə virusa yoluxan xəstələrin 80 faizi xəstəliyi ayaqüstə keçirir”.скачать dle 10.6фильмы бесплатно
15-12-2020, 12:27
Baxıs: 23 145
Reyting: