allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Oğuzda sex sahibi cərimələndi - Baş Prokurorluq işə baxacaq » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Oğuzda sex sahibi cərimələndi - Baş Prokurorluq işə baxacaq

Oğuzda sex sahibi cərimələndi - Baş Prokurorluq işə baxacaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Oğuz rayonu ərazisində keçirilən reyd zamanı rayonun Xaçmaz kəndi ərazisində fəaliyyət göstərən yeşik hazırlanan sexdə 19,34 kub.m həcmində fıstıq və ağcaqayın cinsli meşə materialı aşkar edilib.
Nazirlikdən verilən məlumata görə, faktla bağlı sexin sahibi Qəbələ rayon sakini İlkin Mirzəyev barəsində akt tərtib edilib və ona meşə fonduna dəyən 2643,6 manat məbləğində ziyan tətbiq olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Baş Prokurorluğa göndərilib.
12:06
Baxıs: 8080
Reyting: