"Peşə Bayramınız Mübarək!"-Jurnalist Aybəniz Abdulova

"Peşə Bayramınız Mübarək!"-Jurnalist Aybəniz Abdulova

Azərbaycanda Prokurorluq Orq-anlarının yaranmasından 104 il ötür. Məlumat üçün bildirək ki, Ümummilli Lider Heydər Əliyev hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Peşə Bay-ramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli Sərəncam imzalamışdır.

Azərbaycan Prokurorluğu 104 illik fəaliyyəti dövründə şərəfli yol keçib. Bəli, Prokurorluq peşəsi ağır, çətin və məsuliyyətli olduğu qədər də şərəfli peşədir.
Bu dəfə vəzifəsini vicdanla yerinə yetirən və Qanunun Aliliyinin təmin olunmasında rolu olan Yasamal rayon prokuroru, Baş Ədliyyə Müşaviri Elman Süleymanov və prokurorun böyük köməkçisi Elvin Elçin oğlu Bəşirlinin şərəfli xidmətindən yazacam.
Elman Süleymanovu yaxından tanımayan vətəndaş heç vaxt bilməz ki, çox sadə bir insandır. Onun kabinetinə daxil olarkən məni xoş təbəssümlə qarşıladı, səmimi söhbət etdi, məni diqqətlə dinlədi. Prokurorun bu addımı məni çox təəccübləndirdi. Əslində, mən Ədliyyə müşavirinin təbiətcə çox ciddi xarakterli bir insan olduğunu düşünürdüm.
Prokuror təəccüblü baxışlarıma diqqətlə nəzər yetirdikdən sonra mənə:“Gözləmirdiniz? Qızım kresloda, oturmaqla, vəzifədə çalışmaqla deyil, mən də bir fəhləyəm”- deyib gülümsədi. Susdum, heç bir söz demədən gülümsədim....
Həqiqətəndə çox gözəl insandır. Dinləməyi bacarandır. Olduqca sadə və səmimi prokurordur. Çox təəssüf hissi ilə qeyd edirəm ki, Azərbaycanda ölkə Prezidentinə, dövlətə və dövlətçiliyə vicdanla xidmət edən Elman Süleymanov kimi sözün həqiqi mənasında sadiq olan prokurorlarımız olduqca azdır.
Elman Süleymanov Yasamal rayon Prokurorluq Orqanında qanunun aliliyini əsas tutaraq hər bir qanunsuzluğa qarşı həmişə mübarizə aparır. Vətəndaşların problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Bu çox qürurverici haldır. Nə xoş mənə ki, bu günlə bağlı tam məsuliyyət və qürurla deyə bilirəm ki, Yasamal rayon prokuroru Elman Süleymanovun ədalətsiz qərarları ləğv edib ədaləti bərpa edərək minlərlə vətəndaşlara etdiyi təmənnasız yaxşılıqları, verdiyi ədalətli qərarları və idarənin əməkdaşlarının vətəndaşlarla münasibətdə mehribanlığı bir jurnalist kimi məni çox sevindirir.
Bəli, bu sözləri mən əminliklə yazıram. İstərdim vətəndaşlarımız bilsinlər ki, hətta ən çıxılmaz vəziyyətdə onlar həmişə ümidli olmalı və ən son halda rayon prokurorluğuna güvənməlidirlər.
Həyatını bu peşəyə həsr etmiş prokurorun böyük köməkçisi haqqında isə qısaca bir həqiqəti yazmaqla kifayətlənə bilərəm. Vəzifə borcunu vicdanla yerinə yetirən, dövlətə sədaqətlə xidmət edən çox gənc, sadə və səmimi, həmçinin möhkəm xarakterli, alicənab kimi tanıdığım Elvin Bəşirli bu peşədə çox bacarıqlıdır. O, bacarıqlı olmaqla yanaşı, ədalətli, qayğıkeş, təvazökar insandır və öz peşəsinin vurğunudur. O, xasiyyətcə çox yumşaq, həssas, mülayim və mehriban bir insandır.
Bu sözlərə onu da əlavə edim ki, Elvin Bəşirli sadəliyi ilə yanaşı işində olduqca ciddi, işgüzar, məsuliyyətli, tələbkar, prinsipialdır. Belə ki, peşəsini vicdanla və böyük məsuliyyətlə yerinə yetirən Elvin Bəşirli öz işinin məsuliyyətini, vacibliyini dərindən dərk edərək vəzifəsini ləyaqətlə icra edir.
Bir sözlə, gənc olmasına baxmayaraq, öz işinin öhdəsindən layiqincə gəlir. O, rayon sakinlərinin problemlərinin həlli üçün əlindən gələni əsirgəmir. Düşünürəm ki, hər bir dövlət məmuru müsahiblərim kimi vətəndaşlarla hər zaman xoş, səmimi münasibət qurmalıdır ki, ona yalnız vəzifəsinə görə hörmət etməsinlər. Əks halda, vəzifə alınandan sonra, o hörməti də itirə bilərlər!
Əziz Prokurorlarımız!
Sizləri əlamətdar gün münasibətilə başda cənab Baş Prokuror Kamran Əliyev və haqqında yazdığım Yasamal rayon prokuroru, Baş Ədliyyə Müşaviri Elman Süleymanov və onun böyük köməkçisi Elvin Bəşirli olmaqla, ümümillikdə prokurorluq sahəsində çalışan bütün əməkdaşları təbrik edirəm, hamınıza xoşbəxtlik, şərəfli xidmətinizdə hər birinizə uğurlar diləyirəm! Arzu edirəm ki, ölkəmizdə Elman Süleymanov kimi prokurorların, Elvin Bəşirli kimi əməkdaşların sayı çox olsun, biz də sizlərlə fəxr edək, barənizdə oçerklər, məqalələr yazaq!
Bayramınız Mübarək!

"Peşə Bayramınız Mübarək!"-Jurnalist Aybəniz Abdulova

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Yazar, araşdırmaçı jurnalistскачать dle 10.6фильмы бесплатно
1-10-2022, 10:04
Baxıs: 435
Reyting: