Bakıda Tibb Mərkəzində intihar hadisəsi baş verib.
Hadisə paytaxtın Xəzər rayonunda yerləşən Xəzər Tibb Mərkəzində qeydə alınıb. Orada müalicə alan, 27 yaşlı Könül İslam qızı Gülverdiyeva özünü tibb mərkəzinin 5-ci mərtəbəsindən atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerində ölüb. İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.