Nazir: "Neftin büdcə qiymətini aşağı götürmək siyasəti davam etdiriləcək"
“Son iki il proqnozlaşdırma baxımından ağır il olub”.
Leqal.info-nun xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib. " "Xüsusilə 2021-ci ildə bir sıra proseslər gedib. Tələblə təklif arasında natarazlıq olub. İndiki ərzaq böhranı problemi də ötən ildən başlayıb", - deyə o, qeyd edib. Bundan başqa, nazir deyib ki, dünya bazarında neftin qiymətini heç kim dəqiq proqnozlaşdıra bilmir: “Ötən il qiymət bizim nəzərdə tutduğumuzdan yüksək olub. Biz isə büdcədə aşağı qiymət götürməklə özümüzü sığortalaya bilmişik. Bundan sonra da bu siyasət davam etdiriləcək”. "Koronavirus (COVID-19) pandemiyasına görə, biz 2020-ci ildə bir çox proqnozlarımızı dəyişməli olduq. 2021-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 3,4% artacağı proqnozlaşdırılırdı, ancaq 5,6% artıb", - deyə S.Şərifov əlavə edib. Bundan başqa, onun sözlərinə görə, dünya bazarında neftin bahalaşması digər məhsulların da qiymətinin artmasına gətirib çıxarır: "Xaricdən gələn infilyasiya ilə mübarizə aparmaq olduqca çətindir. Burada söhbət məhsulun çatışmazlığından gedir”. |
XƏBƏR LENTİ
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57