Umayra Tağıyeva: “Kürdə suyun artacağı gözlənilir”

“Kür çayının aşağı axınında suyun miqdarı azalmaqdadır. Səbəb də müxtəlifdir, lakin əsas iqlim faktorudur”.

Leqal.info xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, ölkəyə daxil olan suyun miqdarı son 10 ildə ümumilikdə 27 % azalıb, amma Kürün aşağı axarında bu göstərici 50 %-dən çoxdur: “Digər səbəb sudan səmərəsiz istifadədir. Azsulu illər də müşahidə olunur ki, qarlı və şaxtalı günlərin azalması sululuğun azalmasına səbəb olur. Bu da suya olan tələbatı artırır. Sudan ifrat dərəcədə istifadə baş verir. Həmin ərazilərdə yaşayan vətəndaşlar daha diqqətli davranmalıdırlar”.

U.Tağıyeva bildirib ki, mart ayı ərzində yağıntıların intensiv olması səbəbindən Kür çayının aşağı axınında vəziyyətin tədricən dəyişəcəyi proqnozlaşdırılır: “Aldığımız məlumatlar bunu təsdiqləyir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sululuq 16 % çoxdur”.скачать dle 10.6фильмы бесплатно
18-03-2022, 17:16
Baxıs: 43 934
Reyting: