allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Rusiya ordusu daha bir analoqu olmayan silahını işə saldı - ABŞ-ın sistemlərini geridə qoyur » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Rusiya ordusu daha bir analoqu olmayan silahını işə saldı - ABŞ-ın sistemlərini geridə qoyur

Rusiya ordusu daha bir analoqu olmayan silahını işə saldı - ABŞ-ın sistemlərini geridə qoyur "S-350 Vityaz” hava hücumundan müdafiə sistemlərinin batareyaları Rusiya Hərbi Aviasiya Qüvvələrinin arsenalına daxil edilib.
Bu barədəRusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, batareyalar Sankt-Peterburqun Qatçina bölgəsindəki hava hücumundan müdafiə alaylarının təlim mərkəzinə göndərilib. Burada batareyalar ilə düşməni təsbit və məhv etmək əmrləri yerinə yetirilib.
Qeyd edək ki, "S-350 Vityaz” batareyaları hücum raketlərinin dəf edilməsində Rusiya Hərbi Aviasiya Qüvvələrinin faydalılığını 2-2,5 qat artıracaq.
"S-350 Vityaz” qurudakı mülki hədəfləri, sənaye müəssisələri və strateji hərbi nöqtələri hücumlara qarşı əhəmiyyətli dərəcədə qorumaq potensialına malikdir.
"Almaz-Antey” şirkəti tərəfindən istehsal edilən şaquli raket borusu və son dərəcə güclü funksiyalara sahib çoxistiqamətli radiolakasiya sistemi ilə təchiz edilmiş "S-350” ABŞ-ın "Patriot” raketlərinin də daxil olduğu bir çox hava hücumundan sistemlərdən fərqlənir./publika.az
12:20
Baxıs: 2320
Reyting: