allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info ABŞ-ın türklərə görə atdığı addım təəccübləndirdi » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

ABŞ-ın türklərə görə atdığı addım təəccübləndirdi

ABŞ-ın türklərə görə atdığı addım təəccübləndirdi ABŞ Konqresinin Nümayəndələr Palatası Çinə sanksiyaları genişləndirib.
Sincan Uyğur Muxtar Vilayətində yaşayan uyğur türklərinə qarşı təzyiq siyasəti yürüdən çinli rəsmilərə qarşı sanksiya paketi qəbul edilib.
Kaliforniya senatoru Bred Şerman tərəfindən təqdim olunan paket respublikaçı və demokratların böyük dəstəyini toplayıb.
Nümayəndələr Palatası və Senatda qəbul edilən qanunun əvvəlcə birləşdirilməsi, daha sonra imzalanmaq üçün Ağ Evə göndərilməsi gözlənilir.
Qeyd edək ki, Çin Sincan Uyğur Muxtar Vilayətində "təlim mərkəzi” adı altında düşərgələr qurub və burada türklərin etnik köklərini, mədəniyyətlərini dəyişdirməyə çalışır.
08:00
Baxıs: 1600
Reyting: