allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Gürcüstanda QİÇS-ə yoluxmuş 109 uşaqdan 27-si ölüb » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Gürcüstanda QİÇS-ə yoluxmuş 109 uşaqdan 27-si ölüb

Gürcüstanda QİÇS-ə yoluxmuş 109 uşaqdan 27-si ölüb Gürcüstanda QİÇS-ə yoluxma halları artıb. 2018-ci ildə 672 nəfər QİÇS-ə yoluxub. Bu, 2017-ci illə müqayisədə 41 nəfər çoxdur.
Gürcüstanın İnfeksiya Patologiyası, QİÇS və Kliniki İmmunologiya üzrə Elmi-Praktik Mərkəzi xəbər verir ki, 2018-ci il dekabrın 31-nə olan məlumata görə, ölkədə 7434 QİÇS-ə yoluxma halı qeydə alınıb. Xəstəliyə yoluxanların 5564 nəfəri kişi, 1870 nəfəri isə qadındır. Onların böyük əksəriyyəti 29-39 yaş qrupuna daxil olan insanlardır.
Mərkəzdən bildiriblər ki, 3989 xəstədə QİÇS-in inkişafı qeydə alınıb, 1515 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.
Qurumun məlumatına görə, HİV infeksiyasına yoluxma hallarının 39,9 faizi narkotik vasitələrdən istifadə nəticəsində, 46,4 faizi isə heteroseksual əlaqə vasitəsilə yayılıb.
QİÇS-ə yoluxanların 2719 nəfəri Tbilisidə yaşayır. Onların 87-si xarici ölkə vətəndaşıdır.
Qonşu ölkədə HİV infeksiyasına yoluxanlar arasında uşaqlar da var. Son məlumatlara görə, ölkədə 40-ı qız olmaqla 109 uşaq QİÇS-ə yoluxub. Onlardan 27-si artıq ölüb.
11:45
Baxıs: 5840
Reyting:
  
Şərh 1