Ovannisyandan ETİRAF: Azərbaycan Ordusu bu istiqamətdə CİDDİ İRƏLİLƏDİ

"Biz dünyanın ən qabaqcıl ordularından biri ilə döyüşürük"

Leqal.info xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Arsurun Ovannisyan Azərbaycan Ordusunun Qubadlı-Laçın istiqamətində ciddi irəliləyişlər əldə etdiyini etiraf edib.

Onun sözlərinə görə, ordumuz dünən axşam saatlarında Qubadlı şəhəri və daha bir neçə yaşayış məntəqəsini azad edib.

Maraqlıdır ki, Ermənistan MN rəsmisi ordumuzun Ermənistanın Sünik qapısına çatdığını bildirib. Ermənistan ordusunun "dünyanın ən qabaqcıl ordularından biri" ilə döyüşdüyünü deyən Ovannisyan əslində məğlubiyyət etirafı üçün zəmin hazırlamış olur.скачать dle 10.6фильмы бесплатно
26-10-2020, 23:00
Baxıs: 20 372
Reyting: