Qondarma rejimin “müdafiə naziri” döyüşlərdə yaralandı

Qondarma “Dağlıq Qarabağ respublikası”nın “müdafiə naziri” Cəlal Arutyunyan döyüşlərdə yaralanıb.

Leqal.info xəbər verir ki, bu barədə separatçı rejimin “prezident”i Arayik Arutyunyan öz feysbuk hesabında məlumat verib.

O, “general-leytenant” Mikael Arzumanyanı bu vəzifəyə təyin etdiyini bildirib.

Separatçı rejimin “başçı”sı Cəlal Arutyunyanın vəzifədən çıxarılmasına döyüşlərdə yaralanması səbəbindən qərar verildiyini qeyd edib.

Qeyd edək ki, erməni mənbələrində C. Arutyunyanın artıq ölməsi barədə məlumatlar yayılıb.скачать dle 10.6фильмы бесплатно
27-10-2020, 12:15
Baxıs: 20 974
Reyting: