Azərbaycanda COVID-19-la bağlı vəziyyət sabitdir

“Hazırda Azərbaycanda koronavirus pandemiyası ilə bağlı vəziyyət sabitdir".

Bunu Leqal.info-ya açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, yoluxma hallarının sayındakı rəqəmlər də bunu sübut edir.

Qeyd edək ki, son günlər ölkədə koronavirusa yoluxma saylarında azalma qeydə alınır. Belə ki, ötən sutka 555 nəfər virusa yoluxub, hazırda aktiv xəstə sayı 7 228 nəfər təşkil edir.скачать dle 10.6фильмы бесплатно
10-01-2022, 15:38
Baxıs: 22 898
Reyting: