allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Bu gün Kəlbəcər Azərbaycana qaytarılır » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Bu gün Kəlbəcər Azərbaycana qaytarılır

Bu gün Kəlbəcər Azərbaycana qaytarılır

Arazxeber.Az xəbər verir ki, Kəlbəcər rayonu bu gün Azərbaycana təhvil verilir.

Bu, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiyanın Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanata əsasən Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Kəlbəcər rayonunu təhvil verməsi planına əsasən həyata keçirilir.

Qeyd edək ki, ilkin razılaşmaya görə Azərbaycan ordusu noyabrın 15-də Kəlbəcərə daxil olmalı idi. Ancaq noyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Respublikasının Prezidenti Vladimir Putinlə telefon danışığı baş tutub. Telefon danışığı zamanı Rusiya lideri Ermənistan tərəfinin Kəlbəcərin təhvil verilməsi ilə bağlı möhlət istəməsi barədə xahişini Azərbaycan Prezidentinə çatdırıb.
06:02
Baxıs: 5040
Reyting: