allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info "VPN"lərdən istifadə bu şəxslər üçün TƏHLÜKƏSİZDİR-Osman Gündüz » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

"VPN"lərdən istifadə bu şəxslər üçün TƏHLÜKƏSİZDİR-Osman Gündüz

"VPN"lərdən istifadə bu şəxslər üçün TƏHLÜKƏSİZDİR-Osman Gündüz

"VPN -lərin istifadəsində risklər var, amma bəzi şəxslər bu resursdan istifadə edə bilər".

Arazxeber.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz son günlər ölkəmizdə hərbi rejimlə bağlı internetin məhdudlaşdırılmasından danışarkən bildirib. O, təhlükələrin olmasına baxmayaraq, bəzi şəxslərin "VPN" istifadəsinin tərəfdarı olduğunu da açıqlayıb:

"VPN aralıq şirkət deməkdir. İndiyədək kimsə internetdə işləyəndə aralıqda hansısa şirkət yox idi. İndi isə sözügedən şirkət internet əlaqələndiricisi rolu oynayır. Həmin şirkətin kim olduğunu biz bilmirik. Şirkət bizim istifadəçinin məlumatlarını toplaya və istifadə edə bilər. Eyni zamanda milli təhlükəsizliklə bağlı risklər də var. Burada dövlət əhəmiyyətli məlumatlar da ola bilər.

Düşünürəm ki, bizim peşəkar insanların "VPN"dən istifadə edərək Azərbaycan həqiqətlərini ölkə daxilində və xaricində yayması mümkündür, belə addımı təqdir edirəm. Bunun başqa yolu yoxdur.

Hansı ki, məsələdə peşəkarlardan, informasiya ilə işləyənlərdən söhbət gedir. Çünki onlar öz təhlükəsizliyini qoruya biləcəklər.

Adi istifadəçilər üçün biz "VPN"dən istifadəni tövsiyyə etmirik".
12:19
Baxıs: 2240
Reyting: