Bakıda məşhur supermarketdən alınan bulkadan şurup çıxıb

Sosial şəbəkələrdə üzərindəki şurupla birgə bişən bulkanın görüntüləri yayılıb.

“Leqal.info”nun məlumatına görə, həmin un məmulatının Bakıdakı “Neptun” supermarketindən alındığı bildirilib.

Üzərindəki çekdən aydın olur ki, bulka iyulun 8-də alınıb və qiyməti 60 qəpikdir.

“Neptun”dan “Report”a bildirilib ki, supermarketdə satılan bütün məhsullar vitrinə qoyulana kimi bir neçə nəzarətçi tərəfindən yoxlanılır, daha sonra satışa verilir:

“Görüntülərdəki real bir şey deyil. Hər hansı bir anti-reklam olaraq təxribat da ola bilər. Bundan başqa, həmin məhsulun adı açma kaşarlı deyil. Burada ziddiyyətli məsələlər çoxdur", - supermarketdən bildirilib.
Bakıda məşhur supermarketdən alınan bulkadan şurup çıxıb скачать dle 10.6фильмы бесплатно
10-07-2019, 14:52
Baxıs: 85 588
Reyting: