Seninem.Az > Sosial / Manşet Yuxarı > Bakıda məşhur supermarketdən alınan bulkadan şurup çıxıb

Bakıda məşhur supermarketdən alınan bulkadan şurup çıxıb


Tarix: 10-07-2019, 14:52. Müəllif: admin
Sosial şəbəkələrdə üzərindəki şurupla birgə bişən bulkanın görüntüləri yayılıb.

“Leqal.info”nun məlumatına görə, həmin un məmulatının Bakıdakı “Neptun” supermarketindən alındığı bildirilib.

Üzərindəki çekdən aydın olur ki, bulka iyulun 8-də alınıb və qiyməti 60 qəpikdir.

“Neptun”dan “Report”a bildirilib ki, supermarketdə satılan bütün məhsullar vitrinə qoyulana kimi bir neçə nəzarətçi tərəfindən yoxlanılır, daha sonra satışa verilir:

“Görüntülərdəki real bir şey deyil. Hər hansı bir anti-reklam olaraq təxribat da ola bilər. Bundan başqa, həmin məhsulun adı açma kaşarlı deyil. Burada ziddiyyətli məsələlər çoxdur", - supermarketdən bildirilib.
Bakıda məşhur supermarketdən alınan bulkadan şurup çıxıb скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt