ETSN iş adamlarını ağac əkmə kampaniyasına qoşulmağa çağırıb

"İş adamlarını yaz fəslində planlaşdırılan ağac əkmə kampaniyasına qoşulmağa dəvət edirik".

Leqal.info "Report"a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən “Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər" mövzusunda QHT və media nümayəndələri ilə dialoq zamanı nazir müavini Firdovsi Əliyev deyib.

O bildirib ki, yaz əkin kampaniyaları ilə bağlı kifayət qədər ting var: "Bu il keçirilən payız əkin kampaniyası zamanı 100 min ağac əkildi. Belə kampaniyalar davamlı olaraq həyata keçiriləcək".скачать dle 10.6фильмы бесплатно
27-12-2018, 15:43
Baxıs: 50 642
Reyting: