Paytaxtın mərkəzində qanunsuz olaraq ağac kəsdilər

Bakının mərkəzində iki böyük ağac kəsilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları kəsilən ağacların yerinəbaxış keçiriblər.Qanun pozucularının tapılıb cəzalandırılması üçün polisə müraciət olunub.

Paytaxtın mərkəzində qanunsuz olaraq ağac kəsdilər.

Naməlum şəxs və şəxslər İstiqlaliyyət küçəsi 71B ünvanında 2 ədəd ağac kəsiblər.Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə şikayət daxil olub.Nazirliyin əməkdaşları əraziyə baxış keçiriblər.Baş vermiş hadisə ilə bağlı araşdırmalarada başlanılıb.

Ekologiya və təbii sərvətlər nazirliyi tərəfindən akt tərtib olunaraq qanun pozucusunun müəyyənləşdirilməsi məqsədilə Bakı şəhər Baş Polis İdarəsinə məktub göndərilib.Nazirliyin mətbuat xidmətinin rəhbəri İrada İbarahimova deyir ki,təkcə bu ilin 4 ayı ərazində ekoloji qanunvericiliyi pozan şəxslər barəsində bir neçə akt və protokol tərtib olunub.

Qeyd edək ki,hər hansısa ağac kəsilməsi faktı ilə qarşılaşan vətəndaşlar168 saylı qaynar xəttə zəng edib məlumat verə bilərlər. © xezerxeber.azскачать dle 10.6фильмы бесплатно
30-05-2018, 20:52
Baxıs: 73 049
Reyting: