Bakıda ofisdə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib, 17 nəfər təxliyə edilib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib, 17 nəfər təxliyə edilib.

Bu barədə Leqal.info-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 125 m² olan ofisin (fəaliyyət göstərmir) mətbəxinin yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürən və xilasedicilər tərəfindən 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Ofisin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.скачать dle 10.6фильмы бесплатно
7-01-2022, 19:10
Baxıs: 37 683
Reyting: