Seninem.Az > Kriminal / Manşet Yuxarı > Bakıda ofisdə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib, 17 nəfər təxliyə edilib
Bakıda ofisdə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib, 17 nəfər təxliyə edilibTarix: 7-01-2022, 19:10. Müəllif: admin |
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib, 17 nəfər təxliyə edilib. Bu barədə Leqal.info-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 125 m² olan ofisin (fəaliyyət göstərmir) mətbəxinin yanar konstruksiyaları 30 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürən və xilasedicilər tərəfindən 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Ofisin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Geri Qayıt |